• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1846
— 14.09.2023 15:37

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

KepezTV Player

  Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib. Döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb. Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.

  MN-nin digər məlumatına görə, sentyabrın 13-ü saat 21:35-dən sentyabrın 14-ü saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Tovuzqala rayonunun Mosesqex yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, sentyabrın 14-ü saat 00:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bu gün saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən də Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu gün həmçinin saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.