Holokosta məruz qalan şəxslərin Nyu-York Assosiasiyası Azərbaycana dəstək olaraq dünyanın böyük mərkəzlərinə Holokost yaddaşının öyrənilməsi və qorunub saxlanılması ilə bağlı rəsmi müraciət göndərib. "Biz, Holokosta məruz qalmış yəhudilər, dini və ictimai təşkilatların rəhbərləri ilə birgə sizdən İsrailin strateji tərəfdaşı olan Azərbaycana qarşı yönəlmiş xarici siyasət təbliğatında istifadə aləti olaraq həyasızcasına Holokostdan istifadə olunmasına qarşı təşəbbüsümüzü dəstəkləməyinizi xahiş edirik", - assosiasiyanın bəyanatında deyilir. Assosiasiya üzvləri qeyd ediblər ki, ermənilərin Holokost simvolikasından abırsızca istifadə etməsi "Holokostun açıq şəkildə dəyərsizləşdirilməsi və faciənin öz paytaxtlarında milliyyətçi əlaltılara abidələr qoyanlar tərəfindən mənimsənilməsi"dir.
- Baxış: 151