• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 13.09.2023 16:01

İcma: Avropa İttifaqının məsələlərə ikili standartlar prizmasından yanaşmaqda davam etməsi təəssüf doğurur

KepezTV Player

Avropa İttifaqının məsələlərə ikili standartlar prizmasından yanaşmaqda davam etməsi təəssüf doğurur. Bu barədə Qərbi Azərbaycan İcmasının Avropa İttifaqının son günlər verdiyi açıqlamaları ilə bağlı bəyanatında bildirilib. “Gərginliyin azaldılmasının vacibliyindən, sülhdən danışan Avropa İttifaqı nəyə görə Ermənistan rəhbərliyini öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazilərindən çıxarmağa, təxribatçı açıqlama və hərəkətlərə son qoymağa, qeyri-qanuni erməni dəstələrinin tərksilah edilməsinə çağırmır? Aİ-nin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərini qeyri-qanuni rejimin ətrafında birləşməyə çağırması Azərbaycanın Konstitusiyasına və suverenliyinə hörmətsizlikdir. Azərbaycandan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün onlarla dialoq aparmasını gözləyən Avropa İttifaqı nədənsə Ermənistanı deportasiya etdiyi Qərbi azərbaycanlılar ilə dialoqa çağırmır. Avropa İttifaqı onun Azərbaycan cəmiyyətində imicinə xələl yetirən belə ədalətsiz siyasətdən çəkinməlidir”, deyə icmanın bəyanatında qeyd edilib.