• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 13.09.2023 15:57

"Humanitar məsələlərdən silah kimi istifadə faydasız strategiyadır"

KepezTV Player

Biz sentyabrın 1-də Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının komitənin yük maşınları üçün ən tez və eynivaxtlı açılmasını təmin etmək üçün əlaqələri davam etdiririk. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkədəki paylaşımında qeyd edib. “Həmin vaxtdan 12 təqvim günü ötüb, lakin Ermənistana tabe olan qanunsuz rejim bu keçidə icazə verməkdən və yolların açılmasından imtina edir. Biz beynəlxalq tərəfdaşlarımızı öz səylərini ikiqat artırmağa, Ermənistana və onun proksisi, ona tabe olan qanunsuz rejimə bu dağıdıcı siyasətinə son verməsi üçün təzyiq göstərməyə çağırırıq. “Boz zona” status-kvosunun saxlanılması və humanitar məsələlərdən qəsdən silah kimi istifadəsi onların faydasız strategiyasıdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.