“Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan rəsmilərinin sülh sazişi ətrafında əsassız bəyanatları ilə bağlı suala cavab olaraq deyib. O bildirib ki, Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır. *** Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın səsləndirdiyi, bölgədə sülh və sabitliyə xidmət etməyən, mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və birtərəfli qaydada Ermənistanı müdafiə edən fikirlərinə də münasibət bildirərək, onları qəbuledilməz adlandırıb. " Azərbaycanın öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönətmək hüququ vardır və bu addımlara müdaxilə qəbuledilməzdir. Eyni zamanda, bu addımlar heç bir halda ölkəmizin mövcud sülh gündəliyinə sadiqliyini şübhə altına ata bilməz. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir. Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan bu kimi əsassız bəyanatlara son qoyulmasını tələb edirik.", - deyə Ayxan Hacızadə qedy edib.
- Baxış: 158