• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 946
— 13.09.2023 13:54

5-i azyaşlı olmaqla 10 nəfər xilas edilib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 10 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.