• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1609
— 31.08.2023 19:38

Qanunsuz fəaliyyət göstərən qumarxana aşkarlanıb

KepezTV Player

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində paytaxtın Nəsimi rayonunda yerləşən restoranda qanunsuz qumar oyunlarının təşkil edildiyini müəyyən edib. Keçirilən tədbirlərlə qumar oyunlarının təşkilatçısı qeyd edilən restoranın sahibi Rasim Rzayev, həmçinin iştirakçılar Ramal İsmayılov, Vüqar Tahirov, Musa Ağamalıyev və Cavad Kərimov saxlanılıblar. Baxış zamanı restoranda kartlar və qumar oyunlarına qoyulmuş pul vəsaiti aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırmalarla obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.