• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1644
— 07.06.2023 11:56

Geni dəyişdirilmiş məhsulların gələcək sağlamlığımıza təsiri

KepezTV Player

Bu gün 7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Elə ona görə də sağlamlığımız üçün vacib olan qidalar haqqında danışmaq istəyirəm. Təəssüf ki, dövrümüzdə bir çox qidaların, meyvələrin, tərəvəzlərin müxtəlif üsullarla genetikası dəyişdirilərək alıcılara təklif edilir. Bəs bu qidaların sağlamlığımız üçün nə kimi ziyanları var, gələcəkdə bizim üçün hansı problemlər yarana bilər?

Bildiyimiz kimi genetikası dəyişdirilən bu qidalar təbii şəraitdə yetişən qidalardan çox fərqlənir. Bəs bu fərqlər nədir?

Aygün Turabova- Terapevt-həkim: “Bu qidaları fərqləndirmək çox asandır. Xüsusilə həcmi  normal qidalardan böyük olur, dadlarında fərqlilik olur. Bildiyimiz kimi hər meyvə-tərəvəzin öz mövsümü var. Əgər biz bu qidalara qış mövsümündə rast gəliriksə, satışda iri çiyələk, alça, gilas varsa, deməli bu məhsullar süni şəkildə əldə olunub”.

Bəs sağlamlığımız üçün bu qədər zərərli olan qidaların yaranma səbəbi nədir? Niyə meyvə-tərəvəzlərin genetikasının dəyişməsi üçün proseslər aparılıb? Elə onu araşdıraq.

Alimlərin proqnozuna görə, ötən əsrin 70-ci illərində hesab olunurdu ki, zamanla insanların sayı artdıqca dünyada aclıq, qida qıtlığı yaranacaq. Buna görə də, süni şəkildə artırılan məhsulların bəşəriyyəti bu təhlükədən xilas edəcəyi düşünülürdü. İlk geni dəyişdirilən orqanizmlər XX əsrin 70-ci illərində ABŞ-da yaradılıb. Bu gün də transgen məhsulların istehsalı və yayılmasına görə ABŞ birinci yerdə durur. Kanada, Braziliya, Argentina, Çin, Hindistan kimi ölkələr də belə məhsulların becərilməsinə görə ön sıralardadır. Belə məhsullar arasında soya, qarğıdalı, şəkər çuğunduru çoxluq təşkil edir.

Qida yaşamaq üçün təməl ehtiyacdır deyirik, amma sağlamlığımızı qorumaq üçün elə sağlam qidalardan istifadə etməliyik. Çünki, sağlamlığımızı itirdikdən sonra geri qaytarmaq çətin olur.

Lalə Sadıqova