• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2251
— 22.05.2023 12:14

Sinir sistemi xəstəlikləri

KepezTV Player

Sinir sistemi xəstəlikləri ağır, bir çoxu tam sağalmayan xəstəliklərdir. O qədər təhlükəlidirlər ki, bəzən  xəstənin ölümü ilə nəticələnir. Növlərinə isə  beyinə qansızmanı, beyin damarlarının trombozunu, meningiti, sklerozu, beyin şişlərini, sinir sistemi travmalarını, iflicləri,epilepsiyanı, nevrozları, miqreni və s. göstərə bilərik. Qeyd olunan xəstəliklərin  demək olar ki, yaranma səbəbi eynidir.  İnsanın quruluşuna, psixoloji müdafiəetmə sisteminə bağlı olaraq fərqli şəkillərdə, şiddətdə ortaya çıxa bilər. Ümumi olaraq ələ alındığında, psixotik və nevrotik olaraq meydana gəlir və  xəstələrdə narahatlıq, əsəb, fobiya, həddindən artıq həssaslıq kimi əlamətlərlə özünü göstərir.

Ətrafımızdaki insanlar, xüsusilə də yaşlı nəsil  hər zaman qayğı və diqqət tələb edir. Ancaq elə istənilən hərəkətə yaxud da hadisəyə tez əsəbiləşərək, öz sağlamlıqlarına diqqət etmirlər.

Qabil Məmmədov: “Hər kəs bilir ki, yaşlılar ətraflarında baş verən hadisəyə daha tez reaksiya bildirirlər. Onlar daha tez əsəbiləşirlər. Çünki, biz yaşlılar daha çox sağlamlıq problemi yaşayırıq. Canımız ağrıyır, ancaq bəzən heç kim bizi başa düşmək istəmir. Demirlər ki, bəs bu yaşlanıb, həssaslaşıb, qoy, onu sakitləşdirək. Amma biz gənc olanda belə etmirdik. Yaşlıları başa düşməyə çalışırdıq. Onlara hörmət edirdik, bir dediklərini iki etmirdik. Baş üstə deyirdik. Onsuz da indi elə vəziyyətdir ki, insanların nəyisə gözləməyə, kiməsə nəsə başa salmağa səbrləri çatmır. Hər şeyə tez əsəbiləşirlər”.

Yaşlı insanlar arasında daha çox rast gəlinən narahatlıq, depressiya- bunların səbəb olduğu yuxu pozğunluğu, əsəbiləşərkən yaranan davranış pozğunluqları çox vaxt Parkinson xəstəliyinin əlamətləri sırasındadır. Bu xəstəlik beyinin dopamin istehsal edən bölgəsindəki hüceyrələrin itirilməsi və bu maddənin az salınması ilə nəticələnərək irəliləyən xəstəlikdir. Parkinson xəstəliyinin əsas simptomlarına misal olaraq baş barmağın nəzarətsiz hərəkəti, çənə və dodaqda titrəmə, bəzən ayaq əzələlərində səyirmə müşahidə oluna bilər. Daha sonra hərəkətlərin yavaşlaması, nitqdəki dəyişiklikləri də qeyd edə bilərik. Xəstəliyin qarşısının alınması günümüzdə hələ də həllini tapmamışdır. Parkinson xəstəliyi ilə mübarizədə erkən diaqnoz, uyğun dərmanlarla düzgün müalicənin seçilməsi, fizioterapiya və idman çox vacibdir.

Lalə Bağırova