• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 19.01.2023 20:48

İran Avropada bacı tapana qardaş oldu

KepezTV Player

Molla Respublikası hər fürsətdə Azərbaycana qarşı düşmənçiliyini göstərməyə çalışır. Zəngəzur dəhlizinin açılışından qıcıqlanıb Ermənistanın təhlükəsizliyini özünün qırmızı xətti adlandırır, çoxmilyonlu azərbaycanlılar öz dillərində təhsil ala bilmirlər, amma bir ovuc erməninin məktəbi var, azərbaycanlılar üçün müqəddəs tarixi torpaqlardan olan Təbrizdə Ermənistanın konsulluğunun açılacağını anons edir və elə azərbaycanlıların tarixi torpağı olan  İrəvanla əhalisinin böyük hissəsi assimilyasiya edilmiş azərbaycanlılar olan Tehranın qardaşlaşması sazişinə imza atır.

İranda aylardır yaşanan gərginlik, daxili təlatümlər birmənalı olaraq mövcud hakimiyyətin yarıtmaz idarəçiliyinin bəhrəsidir. Molla rejiminin uğursuz siyasəti isə təkcə ölkənin içi ilə çərçivələnmir, sərhədlərdən kənara da çıxır. Dünyada bu ölkənin dostundan çox düşməni var. Tətbiq olunan sanksiyaların sayı-hesabı yoxdur. Belə bir ağır vəziyyətdə olan molla respublikası hər zaman ona dost münasibət sərgiləyən şimal qonşusunun xoş məramlarını dəyərləndirməkdənsə, münasibətlərdə yaratdığı gərginliyi dərinləşdirməklə məşğuldur.

Ehtimal etmək olar ki, İranın Tehran və İrəvanı qardaşlaşdırması mollaların öz aləmlərində Azərbaycanın İsraildə səfirlik açmasına cavab addımıdır. Amma əmaməlilər unudurlar ki, heç bir təzyiq öz müstəqil siyasətini yürüdən Bakıya mane ola bilməz. Məsələyə bir də başqa aspektdən baxsaq, Azərbaycanın özü kimi çəkili, dünyanın inkişaf etmiş, nüfuzlu ölkələri ilə əlaqələrini sıxlaşdırdığını, İranın isə dalandan çıxa bilməyən Ermənistana üz tutduğunu görə bilərik.

İran Azərbaycanla bir dinə mənsub ola bilər, amma xisləti Ermənistanla eynidir. Ona görə də, kimlə qardaşlaşmasının, kimlə bacılaşmasının bizim üçün elə də bir əhəmiyyəti yoxdur. Zatən ermənilərin Avropada tapdıqları bacı sona qədər arxalarında dura bilmədi. Görək, qardaşların siğəsi onlara nə bəxş edəcək.