• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 14.01.2023 20:17

Molla rejiminin qəddarlıqlarına baxmayaraq xalq geri çəkilmir

KepezTV Player

İranda davam edən etirazlar fonunda rejimin əsas mübarizə üsulu – həbslərin sayında son günlər artma müşahidə edilir. Xüsusən etnik xalqların nümayəndələri bu üsulla aradan götürülür. Xalq isə geri çəkilmək fikrində deyil.

Təbriz İncəsənət Universitetinin iki öyrəncisi hələ də həbsdədir. 3 ay öncə tutulan Armin Məhmudi və Həmidrza Dərviş Muqəddəm Təbrizin mərkəzi zindanında saxlanılırlar. Güney Azərbaycanın Həmədan şəhərindəki Əli Sina Universitetinin Mədəniyyət və Siyasət Dərnəyinin keçmiş katibi, müəllim Əhməd Rəisi həbs edilib. O, yanvarın 11-i axşam saatlarında təhlükəsiz qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. Bundan əvvəl də mədəni fəaliyyətlərinə görə tutulan azərbaycanlı müəllimin həbs səbəbi və hara aparıldığı barədə heç bir açıqlama verilməyib. İranın Apellyasiya Məhkəməsi güneyli fəal barədə çıxarılan hökmü qüvvədə saxlayıb. Evin zindanında saxlanılan Rza Şəhabi 6 il azadlıqdan məhrum edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub. Fəal həbs edilərkən hökumət qüvvələri tərəfindən döyüldüyü üçün fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb. Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. İranın Gilan əyalətinin Rəşt şəhərində yaşayan qrafika rəssamı və heykəltəraş İsa Çolandım da həbs edilib. Onun yanvarın 10-da hökumət qüvvələrinin evinə hücumu zamanı saxlanıldığı bildirilir. Repressiv qüvvələr onun şəxsi əşyalarını, o cümlədən kompüter və mobil telefonunu müsadirə ediblər. Rəssamın hansı səbəbdən həbs edildiyi və hara aparıldığı açıqlanmayıb. Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərindən olan Məhəmməd Eşqi 5 il azadlıqdan məhrum edilib. Onun 2 il müddətinə ölkdən çıxışına da qadağa qoyulub. Məhəmməd Eşqi aksiyalarda iştirakına görə saxlanılıb. İranda daha bir media nümayəndısi həbs edilib. Nəsim Sultanbeygi xaricə uçmaq üçün Tehran hava limanına getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb. Onun hansı səbəbdən həbs olunduğu və hara aparıldığı barədə məlumat verilmir. İnsan haqları təşkilatlarının məlumatına görə, İranda davam edən etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib. Onların 25-i əyalət müxbiri, 10 nəfəri isə fotojurnalistdir. Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, 30 jurnalist hələ də həbsdə saxlanılır. Kərəcdə molla rejiminin vəhşiliklərinə etiraz edən iki gənc aclıq aksiyası keçirir. Nəhbandan şəhərindən olan etnik bəluç Əyyub Camali Kərəcdə həbsdə ağır işgəncələrə məruz qalıb. O, etiraz olaraq Qızılhisar zindanında aclıq aksiyasına başlayıb. Kərəcdəki Koçuyi zindanında aclıq aksiyası keçirən qadın etirazçı Fatimə Hərbi isə bağırsaq infeksiyasına yoluxub. O, iki uşaq anasıdır və hicabsız olduğu üçün 5 il həbs, 2 il sürgün cəzasına məhkum edilib. İranda 14 yaşlı Artin Rəhmani rejimin “təhlükəsizlik qüvvələri” tərəfindən vurularaq öldürülüb. Etirazlara getməzdən öncə o, anasına yazıb: “Bağışla ana, gəncliyimi görməyəcəyin yolla getmək istəyirəm”. Qəddar rejimin nümayəndələrinin əhaliyə divan tutumasının daha bir nümunəsi Qəzəl Rənckeş adlı qızdır. Gənc qız "İnstaqram" paylaşımında gözünün çıxarıldığını, amma rejimin devriləcəyi günü görmək üçün yaşamağa davam edəcəyini bildirərək yazıb: “Çünki mənim bir hekayəm var, hələ bitməyib, çünki, hələ görməli olduğumu görməmişəm. Bilirəm ki, həmin gün yaxındır... çox yaxındır”. İranın Zahedan şəhərində nümayişlər davam edir. Şəhər əhalisi "Xameneyiyə ölüm olsun! Diktatora ölüm olsun" şüarları ilə repressiv hökumətə qarşı nifrəti sərgiləyir. Zahedan şəhərində repressiv qüvvələrlə əhali arasında qarşıdurmaların davam etdiyini əks etdirən kadrlar da sosial şəbəkələrdə yer alıb. Videodan polisin etirazçıları dəyənəklərlə döydüyü görünür. Respressiv hökumət qüvvələrinin etnik bəluç etirazçılara qarşı vəhşiliklərini əks etdirən video da yayımlanıb. ŞUM Rejimin simvolu mollarara nifrət də azalmayıb. Tehranın Məlard qəsəbəsində etirazçı gəncin müftəxor mollanın əmmaməsini başından vurub salmasının görüntüləri yayılıb. Tehranda "Beheşti" Universitetinin öyrənciləri molla rejiminin etirazçıları edam etməsinə etiraz əlaməti olaraq universitetin qarşısındakı ağacdan kəndir asıblar.