• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 06.12.2022 12:09

Böyrək çatışmazlığı ,simptomları və müalicəsi

KepezTV Player

Ümumdünya səhiyyə təşkilatı xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin sayının ilbəil artdığı qənatinə gəliblər. Lakin bu xəstəlik adətən özünün son mərhələsində insanlarda aşkarlanır. Aparılan tədqiqatlara görə, böyrək çatışmazlığı olan xəstələrin ancaq 10%-i məsələdən xəbərdar olur.

Müəyyən simptomlarda özünü göstərən xəstəliyə qısa zaman içərisində lazımi, müalicə edilməzsə daha böyük fəsadlar ortaya çıxır. Hətta bu  zaman böyrək köçürülməsi həyata keçirilə bilər. Böyrəklərimiz ən lazımi orqanımız olmasından əlavə həm də çox həssas orqanlardandır. Yediyimiz  yeməyin həddən çox duzlu ,olduğumuz məkanın soyuq və şəraitsiz olması böyrəyə ən çox zərər verən məqamlardır. Cəmiyyətdə böyrək xəstəlikləri ən çox kişilərdə özünü göstərir. Buna səbəb isə güclü cinsin nümayəndələrinin daha çox soyuq yerlərdə çalışmasıdır. Əksər insanlarda Diabet, Hipertoniya, Qlomerulonefrit böyrək çatışmazlığını yaradan birinci səbəb kimi görülür.

Dövrümüzdə tibb sahəsi çox böyük nəaliyyətlərə imza atıb.Artıq insan həyatını xilas etmək müəyyən qədər asanlaşıb .Ancaq burdada bir məqam var .Çox zaman əksər insanlar hər hansısa bir orqanının ona həyəcan siqnalı ötürdüyünü deyir lakin ,bununla bağlı bir tədbir görmür.