• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 26.10.2022 20:36

Qripə qarşı peyvənd lazımdır, yoxsa yox?

KepezTV Player

Virus infeksiyalarının əksəriyyəti, xüsusilə qrip soyuq havada daha çox yayılır. Mövsüm dəyişikliyi, havaların qeyri-sabitliyi insanıarı tez tez bu tip xəstəliklərlə üz üzə qoyur. Belə olan halda isə mübarizə tədbiri, yəni - qrip peyvəndi gündəmə gəlir. Bəs insanlar qripə qarşı peyvənd olunurlarmı? Ümumiyyətlə, bundan xəbərdardılarmı?

Xüsusilə fəsil dəyişməsi dönəmində bəzi respirtor xəstəliklər insanlar arasında daha çox yayılmağa başlayır.  Bunlardan biri də qripdir. Qorunmağın ən effiktiv yolu isə qrip peyvəndi olunmaqdır. Bəs insanların buna münasibəti necədir?

İnfluenza -yəni qrip soyuq havalara daha davamlı virus olduğu üçün hər ilin təxmini bu vaxtı daha sıx müşahidə olunur. Bəzilərinin xəbəri olmasa da, qripə qarşı peyvənd edənlərin sayı az deyil. Peyvəndlər 21-ci əsrdən etibarən yoluxucu xəstəliklərə qarşı əsas müdafiə faktorlarından biridir. Mütəxəsislər də bunun önəmli olduğunu vurğulayırlar.

Elvira Qapaqova  həkim: Bildiyimiz kimi bu xəstəliyin tam müalicəsi yoxdur. Ancaq simptomatik müalicələrən istifadə edə bilirik.Vaksin isə bizim bədənimizə öldürülmüş, zəiflədilmiş virus hissəciklərini daxil edərək insan orqanizmində immun sistemində hazır cavab oyatmasına yardım edir. Və bu cavab hesabına bizim xəstələr və biz daxil olmaqla bu xəstəliyə asanlıqla qalib gələ bilirik. Və həmçinin də peyvəndin vurulma məqsədi xəstələnmə sayını azaltmaq və ya xəstəliyin qabağını almaqdan ibarətdir.

Mütəxəsislər hesab edir ki, qrip vaksinini 6 ayından etibarən hər kəsə tətbiq etmək olar. Bəzi qrup insalarda isə bunun tətbiqi daha önəmlidir.

Elvira Qapaqova  həkim: Xüsusi olaraq allergik xəstələr, bronxial xəstəliyi olanlardı ki istər uşaqlar istər böyüklər digər qrupda ürək xəstəliyi olan həm uşaqlar həm böyüklər, ağciyərində hər hansı olan xəstələr daxildir. Metobolik xəstəliyi olanlar diabet şəkər deiyimiz, troid problemi olanlarda da bu vaksinin tətbiq edilməsi, həmçinin qiçs-də, digər qrup immun defsitli yəni hüceyrə ümunitetləri zəif olur bu uşaqlar və ya böyüklərdə qrip vaksinini xüsusən də sentybar oktyabr noyabr vurulması məqsədəuyğundur.

Qrip əleyhinə vaksinlər 70-90 faiz olmaqla 1 il qoruyuculuğa malikdir. Həkimlər bildirir ki, pandemiya ilə əlaqədar aparılan vaksinasiya səbəbindən qrip peyvəndinə olan müraciət sayı azalıb.

Arzu Məmmədova həkim: Qripə qarşı vaksinə keçən ilin dekabr ayından başlanıldı. Bu ilin iyul ayında biz yekunlaşdırdıq bu peyvəndi. əsasən aparıldı birinci tibb işçilərinə çünki onların kontaktları çoxdur, hamilə qadınlara, birdə 65 yaşından yuxarı əhali arasında. Sonra hissə hissə gəldikcə bütün əhali arasında biz peyvəndləmə apardıq. 4000 doza peyvənd verildi və hamsı əhali arasında peyvəndlənməyə sərf olundu. Bizdə sahə tibb bacıları, ailə həkimləri ailələrlə təmasda olduqca, sahə gəzintilərinə çıxdıqca əhalini maarifləndirdi, əhali də müraciət edir.

20-ci əsrdə qrip infeksiyası səbəbilə dünyasını dəyişən insanların çox olduğunu nəzərə alsaq, 21-ci əsrdə qrip peyvəndinin tətbiq olunmasının uğurlu olduğunu söyləmək olar. Vaksin bütün dövrlərdə xəstəliklərdən müdafiə olunmağın ən yaxşı üsulu hesab edilib. Bu amili nəzərə alıb soyuq havalarda qripə yoluxmamaq üçün peyvənd olunmaqda fayda var.