• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1241
— 05.10.2022 20:10

Nə zaman loqopedə müraciət etmək lazımdır?

KepezTV Player

Son dövrlər müraciətinə sıx rast gəlinən sektorlardan biri də loqoped müayinələridir. Demək olar ki, hər 10 valideyindən 3-ü övladınının gec danışması, qavrama çətinliyi problemi ilə loqopedə müraciət edir. Uşaqların texnoloji avadanlıqlardan sıx istifadə etməsi və az unsiyyət qurması da bu problemi tətikləyən amillərdəndir. Bəs hansı hallarda profisional yardım almaq lazımdır? Ümumiyyətlə valideynlər övladlarında nələrə diqqət etməlidirlər? Qarşıdakı sujetdə bütün bu suallara cavab tapacaqsız.

Ölkəmizdə gec dil açan və danışıq problemi yaşayan uşaqların sayı gündən-günə artmaqdadır. Əsasən, oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayaraq, "öz-özünə düzələcək", "onun atası da gec danışıb", "oğlan uşaqları gec dil açır" deyib, uşağı həkimə aparmaqdan yan keçirlər.

Müsahibimiz Nərgiz Məmmədova da övladını loqoped yanına göndərən valideyinlərdəndir. Bildirir ki, qızı 3 yaşında olmasına baxmayaraq unsiyyət qurmaqda çətinlik çəkir, fikrini hərəkətlərlə ifadə etməyə çalışır.

Uşaqların tam formalaşma müddəti 5-6 yaşına qədər çəkir. Artıq bu dövrdə onlar 3000-3500 sözdən istifadə edərək mürəkkəb cümlələr qurmalıdırlar. Nəticədə nitqdə ardıcıllıq qorunub saxlanılır. Ancaq bu mərhələdə uşaqda normal danışıq görülmürsə, bu valideyn üçün bir siqnaldır və narahatlıq üçün əsasdır. Hansı ki, gələçəkdə uşağın normal nitqə yiyələnməsinin qarşısını ala bilər. Əgər valideyn uşağın nitqində hər hansı bir problem hiss etsə, gecikmədən mütəxəssisə müraciət etməlidir.

Loqopedlər isə hesab edir ki, uşaqlar arasında yaranan  belə halların kökündə iki dillilik problemi daha çox dayanır. Azyaşlıların  başqa dillərdə olan cizgi filmlərini izləməsi evdə isə azərbaycan dilində unsiyyət qurulması onlarda nitq geriliyinə gətirib çıxarır.

Bu problem adi görünsə də, diqqət edilməsi gərəkən önəmli nüansdır. Çünki edilmədikdə gələcəkdə mənfi nəticələr yarada bilər.