• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 04.10.2022 22:20

İnanclar nəyə xidmət edir?

KepezTV Player

Qədim dövrlərdən nəsillərdən-nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan inanclar müasir dövrümüzdə də insanların böyük marağına səbəb olur. Kiminin ciddi, kiminin isə qeyri-ciddi yanaşmasına baxmayaraq, bir çox hallarda insanlar daxilən olsa da inanclara inanırlar. Bəs bunun əsas səbəbi nədir? Bu inanclar necə yaranıb? Ətraflı sujetdə

Keçmiş dövrlərdən günümüzə qədər gəlib çıxan bəzi inanclardan danışacağıq. İnsanlar bu inancların həyatımızın müəyyən məqamlarında bizə uğur və ya uğursuzluq gətirdiyini düşünürlər. Rəqəmlərin, rənglərin, əşyaların xüsusi bir anlamı olduğunu inanırlar. Bəs bu haradan qaynaqlanır?

Göz muncuğu taxmaq, evlərə nəzər dəyməsin deyə at nalı və ya iydə budağı asmaq, ölən birinin paltarını evdən çıxarmaq, qara pişik gördükdə yolunu dəyişmək, gecə ev süpürməmək, 13 rəqəminin uğursuz olduğuna inanmaq xalq arasında geniş yayılmış inanclardandır. Fikrini öyrəndiyimiz şəhər sakinləri də bu miflərə inandıqlarını, bunu hələ uşaqlıqdan böyüklərdən eşitdiklərini bildirdilər.

Sən demə belə inanclara inanıb işlərini planlaşdıranlar heç də yanılmayıblar. Çünki kökü keçmişə dayanan bu inancların sən demə elmi əsasları da var.

Ruziyyə Quliyeva  folklorşünas: İnanclar əlbətdə keçmişdən gəlir. Nəsillərin, minilliklərin sınağından süzülüb gələn xüsusi formullardır, düstürlardır. Elmlər iki cürdü. Qeybi elmlər var, bir də dünyəvi elmlər var ki, dünyəvi elmləri bilənlər çoxdur. Amma bu qeybi elmləri bilənlər çox azdı. Bizim isə babalarımız, nənələrimiz bu elmin nə olduğunu, adını bilməsələr də onların inamları o qədər çox olub ki, bunları nəsildən-nəslə ötürə biliblər. Mən deməzdim onlara tam bağlı olasan, amma onların da kökündə izah edə bilməyəcəyimiz şeylər var. Bu qeybi elmdir.

Mütəxəsislərin sözlərinə görə, insalar psixoloji həssas dönəmlərində həyatlarında baş verən neqativ hadisələri inanclarla bağlayırlar. Çünki onların bundan başqa çarələri olmur.

Sona Davudova həkim-psixoloq: Dünyanın hər yerində inkişaf etmiş ölkələrində də inanclarla bağlı, rəqəmlərlə bağlı bir çox miflər var. Lakin bu inkişaf etməmiş ölkələrdə, təhsildən geri qalan və ya digər psixoloji problemləri olan insanlar arasında daha geniş yayılıb. İnsan daha çox stresli qayğılı təşvişli olduğu zaman inanmaq ehtiyacı hiss edir. Biz ətrafımıza baxsaq görərik ki, insan özünü yaxşı, xoşbəxt, Şən hiss etdiyi zaman hər hansı bir əşyaya, rəqəmə, heyvana takıntılı olmur. İnacların gətirib çıxardığı insan psixologiyasında ən pis məqam ondan ibarətdir ki, əgər o inanc o düşüncə hər hasnı bir hadisə ilə bağlılığı zaman artıq insanda bu düşüncə möhkəmlənməyə başlayır. O isə bizim absesiya dediyimiz takıntılara səbəb olur.

Bəzilərinin əsassız, digərlərinin elmi nöqteyi nəzərdən əsaslandırmağa çalışdı inanclara düşülən vəziyyətdən asılı olaraq yaranan hər bir insanın özündən asılı olan haldır. Odur ki, ya şübhədən çıxmaq, ya da inamıheç nətyə baxmadan davam etdirmək öz əlimizdədir.  Bir də unutmayaq ki, bu dünyanın şübhələr altında qalan bəlkələri çoxdur.