• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1693
— 24.09.2022 19:11

Bu il sahələrdə pambığın məhsuldarlığı necədir?

KepezTV Player

Ölkəmizdə starteji bitki hesab olunan pambığın əkininə xüsusi önəm verilir. Ona görə də bu bitkinin əkin sahələrinin genişləndirilməsi üçün subsidiyyaların artırılmasına, alış qiymətinin yüksəldilməsinə  diqqətlə yanaşılır. Qərb bölgəsində də “ağ qızıl” hesab edilən pambıq kifayət qədər olmasa da əkilir. Pambıq sahələrindəki vəziyyət və məhsuldarlıq barədə qarşıdakı sujetdə.

Qərb bölgəsində ən çox pambıq Goranboyda əkilir. Bu il rayonun 22 kəndində ümumilikdə 2561 ha-da “ağ qızıl”ın əkini aparılıb. Hazırda sahələrdən yığım ilkin olaraq əl əməyindən istifadə edilməklə aparılır. Bir neçə gündən sonra isə kombaynlar sahələrə girəcək. Ancaq bu il fermerlərin gözləntiləri özünü doğrultmayıb, məhsuldarlıq ürəkaçan deyil.

Bura Goranboy rayonun Qızılhacılı kəndidir. Bu kənddə rayonun digər kəndləri kimi daha çox pambıq əkilən kəndlərdəndir. Gördüyünüz bu sahədə əkilən pambıq suvarmanın az olması səbəbindən məhsuldarlığa mənfi təsir edib.

Pambıq bitkisi vegetasiya dövründə 3-5 dəfə suvarılmaıdır.  Goranboy Suvarma Sistemləri idarəsi tərəfindən bu təmin edilmədiyindən nəticə də gözlənilən kimi deyil.

Goranboydan fərqli olaraq Samuxda cəmi 50 ha-da pambıq əkini aparılıb. Bunun da səbəbi torpaq-iqlim şəraiti ilə əlaqədardır.

Samux fərdi şəkildə əkilənlə yanaşı pambığın sort-sınaq əkini də həyata keçirilir. Əsas diqqət yerli şəraitə uyğunlaşan tezyetişən və məhsuldar sortların yaradılmasına yönəldilib.

Bura İnstitutun təcrübə bazasıdır. 20 ha ərazisi olan bu təcrübə bazasında 12 sort pambıq üzərində elmi təcrübələr aparılır.

Təcrübələr nəticəsində alınan pambıq sortları Dövlət Sort Sınağına göndərilib. Əgər nəticələr qənaətbəxş olsa fermerlərə satışına başlanılacaq.

 

Elnur Vahidoğlu