• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1995
— 17.09.2022 20:37

Pambıq istehsalının artırılması üçün sitimullaşdırıcı tədbirlər görülür

KepezTV Player

Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri olan pambıqçılıqda ildən-ilə istehsalın artırılmasına xüsusi fikir verilir. Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar.

Pambıq strateji əhəmiyyətə malik olan bitkidir. Dünya ölkələrinin 72- dən çoxunun istehsalı ilə məşğul olduğu bu bitki  Azərbaycanda da 1880-ci ildən kollektiv şəkildə becərilir. Pambığın ümumi məhsulundan 150 dən artıq istər hərbi sənayedə, istərsə də iqtisadiyyatda istifadə olunan müxtəlif çeşidli məhsullar hazırlanır. Buna görə də pambıq strateji əhəmiyyətə malikdir və əmək tutumlu məhsul hesab olunur. Və pambıq istehsalının artırılması üçün sitimullaşdırıcı tədbirlər görülür.

Nizami Seyidəliyev  aqrar elmlər üzrə elmlər doktoru, professor: Pambığın fermerlərdən alış qiyməti 3 il bundan əvvəl 60 qəpik idisə bu ildən o 1 mnata qaldırılıb. Bu böyük bir rəqəmdi, böyük stimulyasiyadı. Və bundan başqa pambığın məhsuldarlığının artırılması sahəsində dövlət ölkə sahəsində dövlət başçısının göstərişinə əsasən inkişaf eləmiş ölkələrin qabaqcıl texnologiyaları artıq azərbaycanda tətbiq olunur. Məsələn Çin texnologiyası keçən il Ucar rayonunda tətbiq olundu, yunan texnologiyası tərtər rayonunda, salyan da avstraliya texnologiyası və inkişaf eləmiş o ölkələrin qabaqcıl texnologiyaları artıq azərbaycanın qabaqcıl fermer təsərüfatlarında həyata keçirilir və dövlət tərəfindən də lazimi qədər subsidiyalara ayrılır pambıqçılıq üçün.

İnnovativ tədbiqlərin görülməsinə gəlincə isə bu proses pambıq səpinindən məhsul yığımına kimi aqrotexniki tədbirlərin həyata keçirildiyi müxtəlif dövrlərdə  istifadə olunur.

Nizami Seyidəliyev  aqrar elmlər üzrə elmlər doktoru, professor:  Məsələn bizdən  sağdakı təsərüfatda pambıq toxumlarının müxtəlif dozalar ilə ozanlaşdırılması formasında əkilib.Bu sahədə isə pambığın lifini toxuça sarıyaraq ora nişasta əlavə etməklə toxumun keyfiyyətini, cücərtilərin 100 faiz alınmasını, gələcəkdə məhsuldarlığa müsbət təsir etməsini bunlar həyata keçirilir. Xaricdən gətirilmiş, adaptasiya olunmuş sortlar var. Bizim sahənin ikinci hissəsində Türkiyədən gətirilmiş sortdur ki, hasnıki o həmin ərazidə 80-100 sentler məhsul verir.Əgər bizim ərazilərə də adaptasiya olunsa elə 80 sentler məhsul versə  bu yaxın gələcəkdə 500 min ton pambıq istehsalı hədəfinə nail olmaq deməkdir. Yəni vegetesiyanın bütün dövrlərində toxum səpinindən başlamış at məhsul yığımına kimi innovativ üsuldan istifadə olunur.

Məhsuldarlığın artırılmasına təsir edən əsas amillər isə sortun yüksək keyfiyyətli və vegetasiya müddətinin qısa olması ilə əlaqədardır.

Nizami Seyidəliyev  aqrar elmlər üzrə elmlər doktoru, professor:  İlk növbədə sort. Birdə aqrotexniki təqvim planı var. O təqvim planın düzgün əməl eləmək lazımdır. Tutaq ki bu sahədə orta lifli pambıq sortudur. Gəncə 160 pambıq sortudur.Bunun vegetasiya müddəti 130-135 gündür. əgər o vegetasiya müddətində nəzərdə tutulmuş aqrotexniki tədbirlər bir birinin ardı ilə tələb olunan mqddətdə yerinə yetirilməsə  vegetasiya müddəti gedib 150 günə çıxar və 10 sentlerdə məhsul götürmək olmaz. Ona görə o aqrotexniki proqrsma düzgün əməl olunarsa,yəni burda söhbət səpindən gedir. Səpindən sonra kultivasiyaların düzgün aparılması, yemləmə gübrələrinin vaxtında verilməsi, xəstəlik və zərərvericilərə qarşı vaxtında, opyimal mübarizələrin aparılması cə məhslun optimal müddətdə yığılması bol məhsul əldə eləməsi deməkdir.

Azərbaycanda ixtisaslaşmış pambıqçılıq əraziləri Mil-Muğan, Şirvan, qismən isə Qarabağın aran bölgələri hesab olunur. Keçən ilin göstəricilərinə görə ölkənin cənub şərqində fermer təsərüfatlarında 1 hektardan 60-65 sentler məhsul götürülüb. Bu dünyanın inkişaf etmiş ölkələrinin innovativ texnologiyalarının Azərbaycanın ixtisaslaşmış pambıqçılıq təəsrüfatlarında tətbiqinin nəticəsində mümkün olub.