• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2033
— 23.03.2022 21:29

“Elm Günü” ilə bağlı konfrans keçirilib

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyyasının  Gəncə Bölməsində “Elm Günü” ilə bağlı  elmi-praktiki konfrans keçirilib. Çıxış edənlər cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyev tərəfindən 2018-ci il ildə “Elm günü”nün təsis edilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətindən danışıblar. Bu tarix ölkə üçün əlamətdar bir vaxta Azərbaycan Milli Elmlər Akademiyyasının təsis olunduğu günə təsadüf etdiyi önə çəkilib. Belə bir günün təsis edilməsi Azərbaycan elminin inkişafının diqqət mərkəzində saxlanılmasının əyani tızahürü kimi dəyərləndirilib. 40 ildən artıq bir müddətdə  elmin inkişafına sanballı töhfələr verən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin qərb regionunda  elmin koordinasiyasının təşkilində,  elmi kadrların hazırlanmasında xidmətləri sadalanıb. Tabeliyində 3 universitet, 4 elmi-tədqiqat institutunun fəaliyyət göstərdiyi elm məbədində baş tutan tədbirdə “İlin ən yaxşı qadın alimi” və "İlin ən yaxşı gənc tədqiqatçısı” müsabiqəsinin  qaliblərinə Fəxri fərmanlar təqdim edilib.

Fuad Əliyev  AMEA-nın Gəncə Bölməsinin sədri: Biz burada 32 akademikin şəkilini asmışıq. Bunlar Gəncədən olan elmin müxtəlif sahələrində, müxtəlif illərdə çalışmış insanlardı. Bu sərgini də açmaqda məqsədimiz odur ki, inistitutumuza gələn gənc kadrlar Gəncədə kimlərin olduğunu bilsinlər. Hansı elm sahələrinin inkişaf etdityini özlərinə həkk etsinlər.

Elnur Həsənov alim: Gənc alim, tədqiqatçılar bu gün dövlətimizin siyasətinin tərkib hissəsi olaraq həm elmi sahədə tədqiqatların aparılması, həm sosial rifahın gücləndirilməsi, xüsusui ilədə gənc alimlərin beynəlxalq əməkdaşlığın inkişafı sayəsində çox yaxşı uğurlar qazanırlar. Gəncə ictimayyətində də gənc alimlərin rolu vardı. Bu şəhər rəhbəriliyinin bütövlükdə dövlətin elmin inkişafı istiqamətində ki, xüsusui ilədə gənclər siyasəti sayəsində ki, uğurların bir təntənəsi, göstəricisidir. Elm günü bundan sonra bir mayak olacaqdır və gənc tədqiqatçıların nailiyyətləri bundan da yüksək olacaqdır.