KepezTV Player
Gəncədə Nizami Gəncəvi muzeyinin və Regional Mədəniyyət idarəsinin təşəbbüsü, Nizami Gəncəvi məqbərəsinin və Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Qanlı yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbirin məqsədi Azərbaycanın qan yaddaşının qəhrəmanlıqla əbədiləşən tarixi barədə fikir mübadiləsi aparmaq olub. Xalqımızın igid və qorxmaz oğul və qızlarının azadlıq istəyinin boğulmasına hesablanan yanvar hadisələrinin nəticə vermədiyi vurğulanıb. Xocalı məktəbliləri şeirlər səsləndirib, səhnəciklər göstəriblər. 32 il bundan əvvəl baş verənlər qısametrajlı film vasitəsilə xatırlanıb. 20 yanvar qırğınına həsr olunan sərgi ilə tanışlıq olub.
- Baxış: 377