• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2335
— 08.12.2021 19:58

Şəhid gizir Orxan Cəfərliyə həsr olunmuş kitabın təqdimatı keçirilib

KepezTV Player

Daşkəsən rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində professor Həcər Hüseynovanın Vətən Müharibəsi şəhidi gizir Orxan Cəfərlinin həyat və döyüş yoluna həsr edilən “Şəhid gizir Orxan Cəfərli” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vətən Müharibəsində iştirak edən və şəhid olan həmvətənlərimizin tanıdılması, onlar haqqında məlumatların toplanması və gələcək nəsillərə ötürülməsi istiqamətində işlərin Daşkəsən rayonunda da davam etdirildiyi vurğulanıb.  Azərbaycan oğullarının qəhrəmanlıq salnaməsinin təbliğinin böyük əhəmiyyət daşıdığı qeyd olunub. Təqdimat mərasimində şəhid gizir Orxan Cəfərli ilə bağlı xatirələr dilə gətirilib, onun döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqlardan danışılıb, kitabın gələcək nəsillər üçün dəyərli bir vəsait olduğu diqqətə çatdırılıb.