• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1801
— 24.10.2021 21:32

44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr

KepezTV Player

Bir il öncə, senyabrın 27-i başlayan Vətən müharibəsinin 28-ci günü düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, PUA-sı zərərsizləşdirilib.Düşmən yaşayış məntəqələrimizi atəşə tutub.

Gecə ərzində düşmənin döyüş texnikaları məhv edilməsinin videogörüntüləri yayılıb. Düşmənin döyüş təyyarəsi məhv edilib.Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulub.Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edib.Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb. Azərbaycan HHQ-i düşmənin hərbi texnikası və infrastrukturunu, döyüş texnikalarını məhv edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib.