• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1382
— 23.10.2021 00:04

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub

KepezTV Player

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi əlilliyi olan şəxslərin, o cümlədən, müharibə əlillərinin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir.İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 60 nəfər işçi heyət və “Könüllü DOST” üzrə 20 nəfər könüllü fəaliyyət göstərəcək.Mərkəzin yaxınlığındakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından Prezident İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və qızları Leyla Əliyevanı salamladılar.