• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2026
— 15.10.2021 20:25

İlk dəfə şagirdlərin anım yürüşü olub

KepezTV Player

Gəncədə Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə şagirdlərin və müəllimlərin iştirakı ilə yürüş keçirilib. “Unudulmaz Tarix” adlı aksiyaya Bakıdan məktəblilər də qatılıb.

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən yürüş Bakı şəhər 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi ilə Gəncə Şəhər Uşaq İnkişaf mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Şəhərin Heydər Əliyev prospektindən başlanılan aksiyada məktəblilər əllərində Terrora yox deyirik, Uşaq ölmünə yox, erməni faşiziminə son, Qarabağ Azərbaycandır, Şəhidlər ölməz kimi plakatlar tutublar. Yürüş oktyabırın 17-də ermənilərin Gəncəyə atdığı raket zamanı dağılan əraziyədək davam edib.

Erməni terrorunun baş verdiyi ərazidə reallaşan anım tədbirində erməni vəhşiliyindən, vandalizimindən danışılıb. Müharibə meydanından kənarda dinc əhalini qətlə yetirən ermənilərin xain xislətinə diqqət çəkilib.  Lakin Gəncə əhalisinin bu sarsıntılardan əyilmədi və düşəminin qarşısında məğrur dayandığı, öz yenilməzliyini göstərdiyi vurğulanıb.

44 günlük vətən müharibəsində ərazi bütövlüyünü bəpra edən ölkənin şagirdləri də məğrurdur. Qalib ölkənin gələcəyi olduqları üçün.

Tədbirdə məktəblilər erməni teroru ilə bağlı bədii kompazisiyalar nümayiş etdiriblər. Həmçinin şəhidlərə, torpağa vətənə aid  şerlər söyləyib, mahnılar da ifa ediblər.

 

Elnur Vahidoğlu