• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2425
— 15.10.2021 20:22

Şəhidin xatirəsi kitabxanada anılıb

KepezTV Player

Gəncədə Vətən Müharibəsi şəhidlərinin ildönümü ilə bağlı anım tədbirləri davam edir. Bu dəfə keçirilən tədbirdə şəhid Seyidzadə Mirhüseyn Miryunis oğlunun xatirəsi anılıb.

Gəncə şəhər Mərkəzi Kitabxana Sistemində şəhid Mirhüseyn Seyidzadənin vəfatının birinci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, qazilər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yolundan, qəhrəman Azərbaycan igidlərinin hünərindən, Vətən müharibəsi zamanı Gəncədə yaşayan sakinlərin mərdliyindən söhbət açıblar.

Tədbir zamanı şəhidin dostları, onu tanıyanlar Mirhüseynin vətənə bağlı olmasından, hərb sənətini sevərək yiyələndiyini bildiriblər. Ailə üzvləri də övladlarının göstərdiyi şücaətin onları qürurlandırdığını, onun yad edilməsini yüksək qiymətləndiriblər

Vətən müharibəsində canından keçən vətən övladlarının xatirəsi heç vaxt unudulmur. Gəncə Mərkəzi Kitabxana Sistemində də şəhidlərin anım günü ilə bağlı tədbirlər mütəmadi olaraq təşkil olunur.