• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2081
— 15.10.2021 15:57

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib

KepezTV Player

Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan münaqişəni hərbi yolla həll etdi. Prezident İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib. Müharibə və münaqişənin tarixdə qaldığını deyən dövlət başçısı "ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır" deyib. Ümidvar olduğunu, Ermənistan rəhbərliyinin bu tarixi şansı əldən verməyəcəyini əlavə edib. Prezident onu da vurğulayıb ki, Şuşa işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib.