• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 12.10.2021 12:28

​Azad edilmiş ərazilərdə ilin sonunadək avtomat hidroloji stansiyalar tikiləcək

KepezTV Player

Azərbaycanın azad edilmiş ərazilərində bu ilin sonunadək 13 avtomat hidroloji stansiya tikiləcək.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin sözlərinə görə, bu sahədə Azərbaycanın su ehtiyatlarının mühafizəsinin təmin olunması prioritet məsələdir.Nazir müavini azad edilmiş ərazilərdə zəngin su ehtiyatlarının mövcudluğunu vurğulayıb. Həmin yerlərdə su ehtiyatlarının çirkləndirilməsi faktları aşkar edilib".

Bu ərazilərin su ehtiyatları kənd təsərrüfatı, elektrik enerjisinin istehsalı və fərdi istehlak üçün istifadə olunur. O,beynəlxalq təşkilatları Azərbaycanda su ehtiyatları sahəsində layihələrin reallaşdırılmasında iştirak etməyə çağırıb.