• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 899
— 11.10.2021 16:15

Mülki şəhidlərin xatirəsi anılıb

KepezTV Player

Ermənilər tərəfindən ölkənin ikinci böyük şəhərinin dördüncü dəfə qadağan olunmuş "Skad" tipli raketlərlə atəşə tutulmasının ildönümündə mülki şəhidlər anılıb. Bu münasibətlə tədbir keçirilib.

Şagirdlər tərəfindən hazırlanan kompozisiyalar nümayiş olundu, Gəncədə ermənilərin törətdiyi dəhşətli cinayətin qurbanları haqqında ətraflı məlumat verildi. Eləcə də Gəncə terroru zamanı dinc sakinlərin məruz qaldığı vəhşilik və qeyri-insani hərəkətlər, pozulmuş insan hüquqları məktəblilər tərəfindən müxtəlif dillərdə səsləndirilən bəyanatlarda yer aldı. Gəncənin ötən ilin bu günü 4-cü dəfə hədəfə alınması nəticəsində çoxsaylı insan tələfatı və dağıntıların baş verməsi keçirilən tədbirdə xatırlanıb.

Sözügedən tədbirdə çıxış edənlər Gəncədə günahsız insanların qətlə yetirilməsi ilə bağlı məsələlərin daha geniş ictimaiyyətə çatdırılmalı olduğunu, erməni vandalları tərəfindən törədilən vəhşiliyin təbliğatının önəmli olduğunu diqqətə çatdırıblar. Natiqlər çıxışlarında adıçəkilən prosesin şagirdlər tərəfindən həyata keçirilməsini gələcəyin vətənpərvər vətəndaşlarının yetişdirilməsi baxımından da mühüm olduğunu bildiriblər.

Hadisənin ildönümündə yaşanan dəhşətin bir daha təkrarlanmaması üçün Azərbaycan ordusunun düşməni layiqli cavab verərək Zəfər çaldığı qürurla qeyd edilib.

 

Valeh Anaroğlu