• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1192
— 06.10.2021 17:12

Yol polisi reyd keçirib

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində COVİD-19 pandemiyası ilə əlaqədar olaraq profilaktiki tədbirlər həyata keçirilir. Növbəti belə reydlərdən biri də,sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı olub. Yoxlamalar zamanı avtomobil yollarında, eləcə də stasionar postlarda xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən seçmə üsulu ilə avtomobil nəqliyyatı ilə sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının olub-olmaması yoxlanılıb. Sözügedən tələblərə əməl etməyən şəxslərin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə biləcəkləri qeyd olunub.