• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 04.10.2021 20:37

Məktəbəqədər və icma əsaslı hazırlıq qruplarında ilk dərs

KepezTV Player

Bu gün Gəncənin də təhsil müəssisələrində məktəbə qədər hazırlıq qrupları ənənəvi qaydada dərslərə başlayıb. Bu ildən ilk dəfə olaraq pilot layihə kimi 3-4 yaşlı uşaqlar üçün icma əsaslı məktəbəqədər hazırlıq qrupları təşkil edilib.

Gəncədə 5 yaşa qədər uşaqlar da məktəbəqədər hazırlıq qrupuna pandemiyya qaydalarına uyğun dərslərə başlayıb. Sosial məsafənin gözlənilməsi, hərarətin yoxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə.Hər dərs 30 dəqiqə olmaqla uşaqlara “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, Təmas oyunları, kimi məşğələlər keçiriləcək. 4 günlük tədris həftəsindəki dərslər uşaqların 1-ci sinifdə məktəbə daha rahat adaptasiya olmalarına, bilik və bacarıqlarının artırılmasına kömək edcək.

Nərgiz Mehtiyeva  müəllim: Məktəbə hazırlıq qrupları bizdə neçə illərdi ki, açılıbdır. Faydasını çox görürük. Mən rus dilində tədris aparıram. Ona görədə bizə lap əhəmiyyətlidir. Oxuyurlar və sonra imtahan verirlər. Əgər bunu mənimsəmirlərsə öz dilimizdə Azərbaycan dilində davam edirlər. Ancaq imtahanı keçənlər hazırıqlı birinci sinfə addımlarını atırlar, qədəmlərini qoyurlar.

Rasim Qasımov şagird: İlk dəfədir ki, mən məktəbə gəlmişəm. Dərslərimi yaxşı oxuyacam. Böyüyəndə jurnalist olacam.

Bununla bərabər Gəncədə ilk dəfə pilot layihə olaraq  3-4 yaşlı uşaqlar üçün icma əsaslı məktəbəqədər hazırlıqlara da başlanılıb. Gündə 2 saat olmaqla həftədə 4 gün uşaqlara məşğələlər keçiləcək. Burada daha çox uşaqların sosial, emosional, əqli və fiziki inkişaf, məntiqi təfəkkürü inkişaf etdiriləcək.

Sona Hacıyeva  müəllim: Məktəbə qədərə bir təkan, kömək olmaq layihəsidir. Mən düşünürəm ki, bundan sonrakı müəllimlər və digər valideyinlər uşaqların adapdasiyasında çətinlik çəkmiyəcəklər.

Nərgiz Həsənova 17 nömrəli məktəbin direktoru: Pilot layihə əsasında icma əsaslı siniflər yaradılıb. İcma əsaslı siniflərdən biri də 17 nömrəli orta məktəbdədir. 2 qruppadan ibarətdir. 40 nəfər şagird qəbul olunubdur. Çalışacağıq ki, icma əsaslı siniflərin sayı çoxalsın və davamlı olsun.

Anar Qədiməliyev  Təhsil İdarəsinin müdiri: Lahiyə ilk dəfə olaraq 2018-ci ildə Avropa İttifaqının və Yunisefin maliyyə dəstəyi ilə yaradılmışdı. Daha sonra vitse prezident Mehriban xanımın dəstəyi ilə, çağrışı ilə bu layihə davam etdirildi. Hazırda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bu proses davam etdirilir. Sayı da genişləndirilir. Artıq 55 rayon və şəhərdə 15 mindən artıq uşaq bu prosesə cəlb olunub. Sevindirici haldır ki, Gəncədə də 7 məktəb var.

Gəncədə 7 məktəb üzrə 261 uşaq icma əsaslı məktəbəqədər hazırlıq məşğələlərinə cəlb olunub. Bundan başqa məktəbə qədər hazırlıq qruplarına45 məktəbdə 3074 uşaq cəlb olunub.

Elnur Vahidoğlu