KepezTV Player
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müdafiə naziri, Azərbaycan Ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verib. Dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət təhlil edilib.Şəxsi heyətə təhlükəsizlik qaydalarının çatdırılması və onlara əməl olunmasına ciddi nəzarət edilməsinin vacibliyi xüsusi vurğulanıb.
- Baxış: 344