KepezTV Player
Gəncədə şəhidlərin anım günü ilə bağlı təhsil idarəsində tədbir keçirilib. 30 il erməni tapdağı altında qalan torpaqlarımız güclü dövlət və ordumuz sayəsində azad edilib, ərazi bütövlüyümüz təmin edilib. Bu haqq davasında Gəncənin təhsil işçiləri də sinif otaqlarını səngərə dəyişərək, əllərində silah döyüş meydanına atılıblar. Vətən müharibəsində 15 müəllim torpaqlarımızın azadlığı uğrunda vuruşub. Düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv ediblər. Gəncənin qəhrəman müəllimlərindən 2-si şəhadətə ucalıb, 13 nəfər isə qazi olub. İndi onların keçdiyi bu şərəfli yol, şagirdlər üçün bir örnəkdir. Tədbirin sonunda Vətən müharibəsində döyüşən Gəncə müəllimlərinə həsr olunan sənədli film nümayiş olunub.
- Baxış: 555