• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 27.09.2021 20:01

Terrora məruz qalan günahsız insanlar

KepezTV Player

Bu gün həm də günahsız insanlara qarşı törədilən hadisələrin şəhidləri xatırlanır. Gəncədə törədilən erməni terrordan təsirlənənlər isə həm zərərçəkənlərin yaxınları, həm azyaşlılar, həm də yaşlı nəslin nümayəndələridir.
 

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini atəşə tutması və günahsız mülki şəxsləri qətlə yetirməsi, baş verən terror hücumu nəticəsində qadınlar və uşaqların da həlak olması vandalizmin ən bariz nümunələrindəndir. Bəsti Sadıqova da terror zamanı yaxınlarını itirənlər sırasındadır. Gəncə terroru zamanı şəhid olan Əliyeva Nurçinin xalasıdır. Günahsız insanların həlak olmasını, öz doğmalarını itirməsini alın yazısı ilə bağlayan Bəsti xanım Anım Günündə axtarışda idi. O öz doğmalarını axtarırdı.

Həmin anları xatırlayaraq böyük sarsıntı keçirdiyini bildirən Bəsti xanım, hadisə zamanı həlak olan Nurçin Əliyevanın qızının xatirələrini də bizimlə bölüşür.

Baş verən olayın təsirləri nəticəsində Bəsti xanımın sağ qalan yaxınları da müxtəlif xəstəliklər keçirib. Bir sözlə törədilən terror aktı bir ailənin psixoloji baxımdan məhvinə səbəb olub.

Sözügedən məkanda çəkiliş aparan zaman məktəblilər də mülki şəhidləri ziyarət etmək məqsədilə orada idilər. Gəncə məktəbliləri günahsız həmyaşıdlarının həlak olmasına birmənalı yanaşmırlar. Onlar baş verən hadisələri heç vaxt unutmayacaqlarını bildirir.

Gəncənin ermənilərin atdığı raketlər nəticsində dağıntılara məruz qalan ərazilərdə yaşayanlar da baş verənlərin bir daha təkrar olunmayacağına əmindirlər.

Ermənilərin Gəncədə törətdikləri dəhşətli terror aktı tarixdə silinməz izlər qoydu. Günahsız insanların həlak olması ilə yanaşı, terror nəticəsində çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyməsi, yaşayış binalarının tamamilə dağılaraq yararsız vəziyyətə düşməsi düşmənin acımasız olduğunu bir daha təsdiq edən əsas faktlardır.

Valeh Anaroğlu