Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən toplantısında 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov toplantıda çıxışı zamanı Şuraya üzv olan ölkələrin 44 günlük müharibə dövründə və müharibədən sonra azad edilmiş ərazilərin bərpa və yenidən qurma işlərində göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, 44 gün ərzində Azərbaycan ərazilərinin 30 il davam edən erməni işğalına son qoyulub.Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 44 günlük müharibənin başlanğıcının 1-ci ildönümündən danışıb. “Başda azərbaycanlı qəhrəmanlar olmaqla vətənlərimizin qorunması və müstəqilliyi üçün canını verən bütün şəhidlərimizi rəhmətlə anırıq” deyə Çavuşoğlu bildirib. Diqqətə çatdırıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra bəzi müsbət mesajlar verib və Türkiyə dövlət başçısı da buna müsbət yanaşıb.“Bizim əvvəlcədən arzumuz bu idi ki, müharibədən sonra region sülh regionuna çevrilsin. Azərbaycan sülh təklifi ilə çıxış edib. Lakin Ermənistan sülh təklifinə müsbət cavab verməyib. Biz Ermənistanla münasibətlərin normallaşmasına dair addımları Can Azərbaycanla birlikdə koordinasiya edəcəyik”, Sitatın sonu.
- Baxış: 244