• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1817
— 22.09.2021 12:16

"Regionun aktiv ilkləri" layihəsi sona çatıb

KepezTV Player

Ölkənin ikinci böyük şəhəri Gəncədə gənclərin ictimai fəallığının artırılması məqsədilə keçirilən "Regionun aktiv ilkləri" layihəsi başa çatıb.  Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə ümumilikdə 100 nəfər gəncin iştirakı ilə baş tutan təlimlərin bağlanış mərasimi keçirilib. Gənclərə layihə yazılması, idarə olunması, donor təşkilatlar və onların fəaliyyəti haqqında məlumat verilib. Goranboy, Göygöl, Gəncə şəhərini əhatə edən proqramın icrası zamanı gənclər öz layihələrini yazaraq təqdim ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.