KepezTV Player
Gəncədə dezinfeksiya işləri aparılıb. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə aparılan tədbirlərə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin 2 su çiləyici avtomobili cəlb edilib. Dezinfeksiya işləri şəhərin Nizami prospektindən başlayıb. Burada avtomobillər vasitəsilə nəqliyyat vasitələrinin və piyadaların hərəkət etdiyi yerlər xloramin məhlulu ilə dərmanlanıb. Dezinfeksiya işləri şəhərin 15-ə yaxın prospekt və küçələrində aparılıb.
- Baxış: 650