• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 725
— 02.09.2021 12:13

Britaniya ərazilərin minalardan təmizlənməsinə yarım milyon funt sterlinq ayırıb

KepezTV Player

Birləşmiş Krallıq İkinci Qarabağ müharibəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq məbləğində maliyyə ayırıb. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, ayrılmış vəsait minalardan təmizləmə işlərini dəstəkləmək üçün təlim və kadr hazırlığına kömək edəcək. Birləşmiş Krallıq digər ölkələri İnkişaf Proqramının təşəbbüsünü dəstəkləməyə çağırıb.