• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 01.09.2021 19:13

6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə start verilib

KepezTV Player

Goranboy rayonunun Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.14 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun uzunluğu 16 kilometrdir.Avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur.Bu işlərin ardınca  yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.Aparılan işlər yolboyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, həmçinin yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.