Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir. Ölkənin ən böyük ikinci şəhərində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən iri ticarət müəssisələrində bu gündən etibarən tətbiq olunan qadağalara hansı formada riayət olunması yoxlanılıb.
Vətəndaş məsuliyyətini dərk edən insanlar koronavirusla mübarizədə öz üzərinə düşən tələbləri yerinə yetirməlidirlər. Bu istiqamətdə şəhər sakinləri lazımi tədbirləri görürlər.
Sözügedən obyektlərdə keçirilən reyd zamanı qaydanı pozan obyekt sahibləri olsa da, profilaktiki tədbirləri həyata keçirənlər də az deyil. Verilən tövsiyələrə əməl edən mağaza sahibləri də yeni qüvvəyə minən qadağalardan halidirlər.
İnsanların sağlamlıqlarına qarşı həssas yanaşmalı olduğunu nəzərə alaraq, lazımi tədbirlərin görülməsi, qoyulan tələblərə riayət etmək, ətrafdakıların sağlamlıqlarını təhlükə qarşısında qoymamaq hər bir şəxsin vətəndaşlıq borcudur.
Valeh Anaroğlu
- Baxış: 644