• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 31.08.2021 19:27

23 yaşını cənnətdə qeyd edən şəhid

KepezTV Player

Nizami yurdunun fəxri, hər kəsin xoş gününü əbədiləşdirən, fotoqraf Vüsal Məmmədovdan danışacayıq. Xocavənd uğrunda gedən döyüşlərdə ən ali zirvəyə ucalan qəhrəmanımız cənnətdəki ilk doğum gününü qeyd etdi.

1998-ci ildə Gəncə şəhərində anadan olub Vüsal Elşən oğlu Məmmmədov. Hələ uşaq yaşlarından fotoqraf sənətinə maraq göstərən Vüsal hər kəsin xoş gününü əbədiləşdirirdi. Bu gün isə o özü şəhid olaraq əbədiyyətə qovuşub. İndi hər kəs onu Şəhid Vüsal olaraq tanıyır. Biz ailəni ziyarət edəndə şəhidimizin onsuz keçən ilk ad günü idi. Yaşasaydı 23 yaşı olacağdı. Şəhidin doğum gününə onu tanıyan, şəhadətindən sonra adını eşidən hər kəs tolaşmışdı.

Azərbaycanın yenilməz, mübariz övladları şəhidlik zirvəsinə ucalmaqla qəhrəmanlıq, şücaət göstərdilər. Bu oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqnəyir.

Son telefon danışığı 8 noyabr şəhid olmamışdan bir gün əvvəl atası ilə olub Vüsal Məmmədovun. Şəhadəti sanki hiss edirmiş kimi atası ilə vidalaşıb.

Həmişə özündən çox dostlarını düşünürdü Vüsal Məmmədov. Elə onun bu xüsusiyyəti idi ki, özü yaralı olsa da döyüşlər zamanı yaralı olan dostlarının təxliyəsində xüsusi cəsarət göstərib.

Vüsaldan 3 yaş böyük qardaşı deyir ki, “Vüsal məndən kiçik olsa da o həmişə məni qoruyan olub. Bu gündə onun əlini üzərimdə hiss edirəm.”

Şəhidimiz 9 noyabr Xocavənd istiqamətində gedən döyüşlərdə qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb. Nəşi isə  4 ay sonra tapılaraq 18 mart tarixində Gəncənin şəhidlər xiyabanında dəfn edilib. Vətən yolunda can verən şəhidlərimiz ölmürlər, qəlblərdə əbədi yaşayırlar.