• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 31.08.2021 19:05

Xüsusi təyinatlı bölmələrdə taktiki-xüsusi təlim keçirilib

KepezTV Player

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib. Təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.  Xüsusi təyinatlı qruplar terrorçuların gizləndikləri binaya gizli şəkildə daxil olaraq təxribatçıları zərərsizləşdirməyə başlayıblar. Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar terrorçuları tam tərkibdə məhv edib və əməliyyat rayonundan uzaqlaşıblar.