Yay mövsümünün əsas təhlükələrindən biri ilan sancmasıdır. İsti havalarda ilanlar daha aktiv olur, ilan sancması hallarına daha çox rast gəlinir. Bu da öz növbəsində ilanlara qarşı mübarizə məsələsini gündəmə gətirir. Bəs ilan sancmasından qorunmaq üçün nə etməli? Bu barədə daha ətraflı qarşıdaki videomaterialda.
Ölkəmizin zəngin fauna aləminə zəhərli ilanların da daxil olduğunu nəzərə alsaq, deyə bilərik ki, ilan sancmalarından heç kim sığortalanmayıb. Sözügedən sürünənlərdən qorunmaq üçün isə bir sıra mübarizə metodları təklif olunur.
Yarımsəhra düzənliklərdə daha çox rast gəlinən ilanlar, adətən isti və quraq iqlimdə yerləşən yaşayış məntəqələrinə üz tuturlar. Bu da insanları ilan sancması təhlükəsi ilə üz-üzə qoyur. Bəs ilan sancması zamanı hansı ilkin tibbi yardım növündən istifadə edilməlidir?
Qərb bölgəsində 28 ilan növü var ki, bunlardan 6-sı zəhərli ilanlardır. Bu da əsasən fermerlərin mübarizə tədbirlərinə xüsusi diqqət yetirmələrini labüd edir.
İlan sancması zamanı əksər hallarda zərdabdan istifadə olunur. Bu da ilan zəhərinə qarşı istifadə olunan ən effektiv müalicə üsuludur. Ancaq tibbi yardımın gecikdirilməsi böyük fəsadlara yol aça bilər.
Mütəxəssislərin sözlərinə əməl etməklə isti yay günlərinin arzuolunmaz qonağından özümüzü və yaxınlarımızı qoruya bilərik.
Valeh Anaroğlu
- Baxış: 553