• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 26.08.2021 20:32

"İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq"

KepezTV Player

İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmayıb. Bu gün Ermənistan artıq açıq etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, öz sərhədlərini özü qoruya bilmir, öz hesabına yaşaya bilmir. Əgər vaxtında mənim sözlərimə əməl edib torpaqlarımızdan çıxsaydılar, belə bir rəzil vəziyyətə düşməzdilər”. Bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə danışıb. Vurğulayıb ki, Ermənistan acı məğlubiyyətin şokunu hələ uzun illər yaşayacaq.Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul edilib. Bu proqram bir neçə ili əhatə edir və 2021-ci il üçün proqram icra olunur. "Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı" deyə prezident bildirib.

Bir sıra tikililərin açılışı olub

Dövlət başçısı və birinci xanım Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında da olublar. Park 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb.

Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının da açılışı baş tutub.