Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu və ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına dəyişiklik edilib.Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, lk dəfə orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak edənlər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar müsabiqədə iştirak edəndə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Bundan öncə müsabiqədə iştirak ödənişli idi.
- Baxış: 470