Meşə yanğınları ilə mübarizə məqsədilə Türkiyəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarında uğurlu fəaliyyətlərini davam etdirirlər. Əsasən mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilən yanğından mühafizə və yanğınsöndürmə əməliyyatları zamanı yerli qüvvələrlə birgə fəaliyyət göstərilir və FHN-in yanğınsöndürmə və xilasetmə bölmələri əməliyyat şəraitini tam nəzarətə götürmək məqsədilə gecə saatlarında da çalışırlar. Eyni zamanda yanğınsöndürmə, soyutma, ağacların kəsilməsi ilə mühafizə zolağının yaradılması və mühüm obyektlərin yanğından qorunması tədbirlərinin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz əməliyyatlar aparılmaqdadır. FHN-in yanğın-xilasetmə qüvvələri ümumilikdə Türkiyənin 14 yaşayış məntəqəsində uğurla fəaliyyət göstərir. Yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus amfibiya təyyarəsi 76 dəfə uçuş həyata keçirməklə yanğın sahələrinə 615 ton, helikopter isə 134 dəfə uçuş həyata keçirməklə 332.5 ton su töküb.Son 14 gündə 53 vilayətdə 275 meşə yanğınından 273-ü nəzarətə alınıb.
- Baxış: 434