• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1551
— 05.08.2021 20:50

2 mindən çox əhalinin yolu hamar olacaq

KepezTV Player

Ağstafa rayonunda Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədi. 5 km uzunluğa malik yerli əhəmiyyətli yol sakinlərin gediş-gəlişini yaxşılaşdıracaq.

4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Böyük Kəsik-Ağgöl avtomobil yolunun layihə üzrə hərəkət hissəsi 6, hər bir istiqamət üzrə eni isə 2 metr təşkil edir. Uzun müddət əsaslı təmir edilmədən istismar olunan yolun hərəkət hissəsində qabarmalar və çökmələr əmələ gəlmişdi. Bu isə rahat və təhlükəsiz hərəkətə maneə olurdu. Yararsız vəziyyətdə olan yolun müəyyən hissəsində genişləndirmə işləri aparılıb, eləcə də, marşrut boyu suötürücü borular yeniləri ilə əvəz edilib. Hazırda yolda asfalt-beton qarışığından ibarət örtüyün çəkilməsi həyata keçirilir.

Ağstafada yenidən qurulan yol sakinlərin də ürəyincədi. Çünki 2 yaşayış məntəqəsini birləşdərəcək yol ərazidə yaşayan 2 mindən çox əhalinin rahat hərəkətinə hesablanıb.

Tərtib olunmuş qrafikə uyğun aparılan işlərin vaxtında  yekunlaşdırılması plnalaşdırılır. Bunun üçün əraziyə AAYDA tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.