• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1473
— 03.08.2021 20:37

Yay aylarında qidalanmaya xüsusi diqqət etməliyik

KepezTV Player

Yay aylarında temperaturun artması ilə özünü göstərən problemlərdən xilas olmaq üçün düzgün və sağlam qidalanmaq lazımdır. Həyat tərzimizdə bəzi dəyişikliklər olduğuna görə qidalanmamızda bir çox nüansları dəyişməyimiz tələb olunur. İlin hər bir fəslinə uyğun qidalanma rejimi olmalıdır. Məsələn qış aylarında isti yeməklərə, ət xörəklərinə, payızda vitaminli qidalara üstünlük verilir. Bəs yayda necə, yay fəslinin də öz qida rasionu varmı?

Yay aylarında havaların isti keçməsi orqanizmin suya olan ehtiyacını artırır. Bu fəslin düzgün qidalanmasından danışdıqda isə, ilk növbədə bədənin su təlabatının ödənilməsi əsas şərtə çevrilir.

Şəhla Verdiyeva endokrinoloq: İlk öncə bacardığımız qədər maye istifadəsini artırmalıyıq. Tərləməyə bağlı hərəkətə bağlı daha çox maye itirəcəyimizə görə dehidratasiyanın qarşısını almaq üçün mütləq gün ərzində bədən çəkimizə uyğun ən azı 1.5 çəkiyə uyğun 3 litre qədər hətta maye qəbul eləmək lazımdı. Yay aylarında mümkün qədər daha yağlı daha proteinli qidalardan bacardığımız qədər  uzaq durmalı daha çox tərəvəzdi qidalara üstünlük vermək lazımdır. Hərəkətimizi və enerjimizi təmin etmək üçün bol tam taxıllı qidalardan istifadə eləmək lazımdır. Kobud lifli karbohidratlar olaraq.

Həkimlər məsləhət görürlər ki, qida rasionumuzda mütləq meyvə olmalıdır. Lakin insanların yalnış bir düşüncəsi var ki, axşam saat 6 - dan sonra bol meyvə qəbul edilməlidir. Əslində isə...

Şəhla Verdiyeva endokrinoloq: Meyvə qəbulunu bol kalorili olduğuna görə günün 1-ci yarısına və yaxud da 2- ci yarısına saxlamaq lazımdır. Günün 3- cü yarısında bir çox meyvələrdən uzaq durulmalıdır. Bizim daha çox bu fəsildə istifadə elədiyimiz bostan bitkiləridir ki, qarpız yemiş və.s bunlar müəyyən kısıtlamalaar halında istifadə olunmalıdır. Çünki həm karbohidrat tərkibi yüksəkdir həmdəki maye olduğuna görə bəzi xəstəlikləri olan insanlarda məsələn ürək çatışmazlığı, yüksək təziq xəstəliyində izafi su qəbulunu məhdudlaşdırmaqdan ötrü yediyimiz qarpız və yemişin miqdarını qəbul elədiyimiz su ilə tarazalaşdırmağımız tələb olunur.

Yay aylarında qidalanmamızda fikir verəcəyimiz nüanslardan biri də  kalorili proteinlər və alkaqollu içkilərlə bağlıdır. Sözü gedənlər bir çox xəstəlikləri kəskinləşdirə bilər.

Şəhla Verdiyeva endokrinoloq: Mümkün qədər alkaqollu içkilər məhdudlaşdırılmalıdır. Həm qaraciyər piylənməmiz həm diabet xəstələrində şəkər kontrolu riski artmasın deyə bacardığımız qədər həftədə bir dəfə spirtli içki qəbuluna yol vermək lazımdır. Daha çox biz problem gördüyümüz  xəstələr diabet xəstələri yüksək təzyiq ürəyi rüşeym xəstəliyi olan insanlardılar ki, qidalanma vərdişlərin dəyişilməsi təəsüf ki biz çox problemlərə səbəb olur.

Günlük kalori hesablamamızın bizim həyat fəaliyyətimizə uyğunluğunu da unutmamalıyıq. Axı sağlam qidalanma sağlam həyat tərzi deməkdir. İlin istənilən fəslində sağlam olmanız diləyi ilə...