• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 30.07.2021 13:00

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

KepezTV Player

Türkiyənin müxtəlif bölgələrində baş verən güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Baş verənlərdən kədərləndiyini dilə gətirən dövlət başçısı Türkiyə xalqının bu fəlakətin öhdəsindən tezliklə gələcəyinə əminliyini ifadə edib. Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. "Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm" - deyə prezident İlham Əliyev vurğulayıb.