• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2101
— 23.07.2021 12:25

İlin sonuna qədər azad edilmiş torpaqlarda bütün elektrik təsərrüfatı qurulacaq

KepezTV Player

Müharibədən cəmi 8 ay keçib, amma görün nə qədər böyük işlər görülür. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Bunu Prezident İlham Əliyev Daşkəsəndə Azərbaycan televiziyasına müsahibəsində bildirib. Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsinin Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq olduğunu deyən dövlət başçısı vurğulayıb ki, bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Azərbaycan xalqı heç nəyi unutmamalıdır.

Göygöl turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlanacaq

Dövlət başçısı qeyd edib ki, enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bununla da Göygöl də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlanmış olacaq. Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir.

"Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik"

"Ermənilərə vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər"

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərini yüksək qiymətləndirən Prezident İlham Əliyev onun Bakıda olarkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini işlətməməsinə də toxunub.

"Biz hər şeyi görürük - Xankəndini də, dəhlizi də"

Status məsələsinə gəlincə, Azərbaycan Prezidenti vurğulayıb ki, bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi.

Azərbaycanla Rusiyanın yanaşmasında fikir ayrılığı yoxdur

Rusiyaya işgüzar səfəri barədə danışan Prezident İlham Əliyev səfərin nəticəsini müsbət qiymətləndirdiyini deyib.

"Ermənilər heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir"

Postmünaqişə dövrünü müsbət qiymətləndirən Prezident İlham Əliyev deyib ki, biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq.“Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”,- deyə Prezident İlham Əliyev vurğulayıb.