• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 21.07.2021 20:17

Azərbaycan-Rusiya münasibətləri müzakirə olunub

KepezTV Player

Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edən Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə görüşü olub. Qurban bayramı münasibəti ilə İlham Əliyevi təbrik edən Putin gələn il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi olacağına diqqət çəkib, Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində iş aparıldığını vurğulayıb. Rusiya lideri regionda vəziyyətin nizamlanmasına görə Prezident İlham Əliyevə təşəkkür edib. Azərbaycan dövlətinin başçısı koronavirusa qarşı mübarizədə köməyə görə təşəkkürünü bildirib.Onu da qeyd edib ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır. Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Prezident İlham Əliyev regionda münaqişədən sonrakı vəziyyətə də toxunub.