• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 20.07.2021 20:09

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi 3 dəfə atəşə tutub

KepezTV Player

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Həmin gün saat 20:50-də Sədərək rayonu istiqamətində yerləşən mövqelərimiz müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub. 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi atəşə tutub.Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Hər 3 halda qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.